Polyaklar dünya çempionu titulunu qoruyub saxladı
Polşa yığması kişi komandaları arasında Bolqarıstan və İtaliyada keçirilən voleybol üzrə 19-cu dünya çempionatının qalibi olub.
Sportfm.az xəbər verir ki, bununla da polyaklar 4 il əvvəl doğma divarlar arasında əldə etdikləri titulu qoruyub saxlayıblar. Dünya birinciliyinin final qarşılaşmasında onlar 2014-cü ildə olduğu kimi, braziliyalılarla qarşılaşıblar və 3:0 hesabı ilə qalib gəliblər.
Hazırkı final polyaklar üçün tarixdə üçüncüdür. Bu komandanın aktivində dünya birinciliyinin 2 qızıl və 1 gümüş medalı var. Yeri gəlmişkən, gümüş medalı komanda 2006-cı ildə də braziliyalılara qarşı finalda qazanıb.
Dünya çempionatının ən dəyərli oyunçusu polyak Bartoş Kurek müəyyən olunub. Simvolik yığmaya polyaklar Mixail Kubyak, Petr Novakovski və Pavel Zatorskiy, braziliyalılar Duqlas və Lukas, həmçinin amerikalılar Mika Kristenson və Mettyu Anderson daxil edilib.
Növbəti çempionatın harada keçiriləcəyi bir qədər sonra müəyyənləşdiriləcək. Əvvəlki məlumata görə, turnir 2022-ci ildə Rusiyada keçirilə bilər.
Oxşar xəbərlər
"Qarabağ" 20-ci titulunu qazandı
Ölkə birinciliyinin qalibi "Azərreyl" oldu
Polşa millisi Avropa çempionu oldu
Avropada ən güclüyük - Cüdo üzrə
Millimiz Avropa çempionatında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası