Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dmitri Nağıyevin yeni klubu bəlli oldu
U-21 millimizin sabiq üzvü Dmitri Nağıyev özünə yeni klub tapıb.
Sportfm.az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını Litvada davam etdirəcək. Nağyev elita təmsilçisi “Stumbras” klubuyla müqavilə imzalayıb.
Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev yayda "Sumqayıt"la müqavilə imzalasa da, klubdan ayrılaraq, Portuqaliya Sequndasında çıxış edən "Kova-da-Piedadi"nin düşərgəsinə yollandı. Transferi baş tutmayan Nağıyev Litvaya üz tutmağa qərar verib.
Dmitri U-21 millimizdə 2015-2016-cı illərdə 2 oyun keçirib.
Oxşar xəbərlər
“Sumqayıt”ın futbolçusu Ukrayna klubunda - Transfer
"Sumqayıt" millimizin sabiq oyunçusu ilə gücləndi - 2.5 illik müqavilə
Millimizin üzvü Moldova klubu ilə müqavilə bağladı
"Sumqayıt"dan getdi, Portuqaliya klubu ilə müqavlə bağladı
Avstriyada oynayan futbolçu Azərbaycan klubu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası