reklam
Millimizin üzvü Moldova klubu ilə müqavilə bağladı
Sportfm.az xəbər saytı

Millimizin üzvü Moldova klubu ilə müqavilə bağladı


Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və “Sumqayıt”ın sabiq futbolçusu Dmitri Nağıyev özünə yeni klub tapıb.

Sportfm.az xəbər verir ki, o, bundan sonra Moldovanın “Dinamo-Avto” klubunun uğurları üçün çalışacaq. Bu barədə yerli mətbuat xəbər yayıb.

Bildirilib ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Ukrayna vətəndaşlığı da olan Nağıyevin son klubu Litva “Stumbras”ı olub. Futbolçu 2018-ci ildə “Sumqayıt”ın formasını geyinib. “Dinamo-Avto”da daha əvvəl “Bakı” klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib.

Oxşar xəbərlər

Azərbaycanlı oyunçu Moldova klubunda - RƏSMİ
"Sumqayıt" millimizin sabiq oyunçusu ilə gücləndi - 2.5 illik müqavilə
Dmitri Nağıyev qələbəyə sevindi - 5:0
Amit Quluzadənin komandasından növbəti qələbə - Moldova çempionatı
Nağıyev 90 dəqiqə oynadı, komandası 3 xal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər