reklam
Sportfm.az xəbər saytı

"Özümü universal futbolçu hesab edirəm" -Donald Gerye


"Özümü universal futbolçu hesab edirəm. Müdafiə və yarımmüdafiənin cinahlarında və hücum xəttində çıxış etmək bacarığım var".

Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın haitili futbolçusu Donald Gerye deyib. 29 yaşlı futbolçu Ağdam klubunda sol cinah müdafiəçisi kimi oynamağın ona problem yaşatmadığını bildirib: "Nəinki "Qarabağ"da, millidə də istənilən mövqeydə oynayaram. Hər şey komandanın oyunundan asılıdır. Baş məşqçi məni hansı mövqeyə qoysa, onun arzusunu reallaşdırmağa hazıram".

Haiti millisinin heyətində Sent-Martinlə matçda (13:0) iki assist edən oyunçu azarkeşlərin inamını qazanmaq istədiklərini bildirib: "Bi Haiti azarkeşlərinin inamını qaytarmaq istəyirik. Bizim azarkeşlər əvvələr futbolçulara qarşı çox sərt davranırdılar. Komandada yaxşı olduğumuz üçün seçilirik. Bəzən bizə tənqidlər həddən artıq çox olur".

Qeyd edək ki, Gerye 2017-ci ildən "Qarabağ"da çıxış edir.

Oxşar xəbərlər

Gerye "Qarabağ"ı yalnız qoymayacaq - Komandaya qoşuldu
Donald Gerye yığmadakı karyerasını başa vurdu
Gerye "Qarabağ"a geri qayıtdı
Gerye "Qarabağ"a qayıtmağı düşünür
Donald Gerye rəsmən "Neftçi"də - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər