reklam
Kosovo millisinin məşqində qalmaqal
Sportfm.az xəbər saytı

Kosovo millisinin məşqində qalmaqal


Azərbaycana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunu ilə əlaqədar Bakıya səfər ərəfəsində Kosovo yığmasının son məşqində qalmaqal baş verib. 

Sportfm.az xəbər verir ki, oyunçular isinmə hərəkətlərinə başlayan kimi media nümayəndələri, oyunçuların ailə üzvləri və yerli azarkeşlər stadiondan çıxarılıb. Halbuki Kosovo Futbol Federasiyası məşqin qapalı keçiriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verməyib. Jurnalistlər, futbolçuların ailə üzvləri və azarkeşlər texniki heyətin bu qərarını narazılıqla qarşılayıb. Xüsusən, oyunçuların qohumları tribunaları sərt reaksiyalar verərək tərk ediblər. Hadisə ilə bağlı Kosovo millisinin texniki heyətindən heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək D Liqasının oyunu saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. (report)

Oxşar xəbərlər

Kosovo - Azərbaycan oyununa böyük maraq
Rəqibimizin hazırlıq planı
Azərbaycan - Kosovo matçının mətbuat konfransının vaxtı məlum oldu
UEFA Kosovo - Azərbaycan oyunu ilə bağlı qərar verdi
Millimiz Kosovo ilə harda oynayacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər