reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin rəqibləri müəyyənləşir


Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq. 

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə təmsilçimiz "Qəbələ”nin rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

“Qırmızı-qaralar”ın potensial rəqiblərinin sayı 7-ə enib. Bunlar  "Herta" (Berlin, Almaniya), "Siqma" (Çexiya), PAOK (Yunanıstan), "Lex" (Poznan, Çexiya), AEL (Limassol, Kipr), "Maribor" (Sloveniya) və "Şerif" (Tiraspol, Moldova) klublarıdır.  

Qeyd edək ki, ilk mərhələnin oyunları 3 - 24 oktyabrda, 2-ci mərhələnin görüşləri isə 7 - 28 noyabrda keçiriləcək.  

Xatırladaq ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5.

Oxşar xəbərlər

"Qəbələ"nin potensial rəqiblərinin sayı azaldı - Gənclər Liqası
"Qəbələ"nin potensial rəqibləri də müəyyənləşdi
UEFA Gənclər Liqasında "Qəbələ"nin rəqibləri müəyyənləşəcək
"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri müəyyənləşdi
"Qəbələ" "Çelsi"nin rəqibi ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər