Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Stolüstü tennis üzrə seminar-kurs keçirildi
Avqustun 27-dən 31-dək Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən kiçik yaşlı uşaqlarla məşqlərin aparılması üçün nəzərdə tutulan seminar-kurs təşkil olunub.
Sportfm.az xəbər verir ki, milli yığma komandanın məşqçiləri tərəfindən aparılmış seminar-kurs 5 gün davam edib.
Federasiyanın məqsədi bu kimi tədbirlərlə bədən tərbiyəsi müəllimlərini və digər idman mütəxəssislərini stolüstü tennisə cəlb etməklə bu idman növündə mütəxəssislərin və kütləviliyin artırılmasına nail olmaqdır.
Kursun tələblərini yerinə yetirən 4 idman mütəxəssisinə müvafiq sertifikat təqdim olunub.
Oxşar xəbərlər
Jurnalistlər arasında stolüstü tennis turniri keçirəcək
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Stolüstü tennis üzrə turnirdə veteranlar mükafatlandırıldı
Tennis Federasiyası Çinin Akademiyası ilə müqavilə imzaladı
Stolüstü tennis yığmamıza yeni məşqçi cəlb olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası