
"Artıq "Qarabağ"ı təhlil etmişik" - "Şerif"in məşqçisi
"İki fərqli hissə alındı. İlk hissədə problemi həll edib daha çox qol vurmaq lazım idi. Belədə ikinci hissədə daha az gərginlik olardı".
Sportfm.az xəbər verir ki, bu sözləri "Şerif"in məşqçisi Andrey Korneyenkov Moldova çempionatının 17-ci turunda səfərdə "Milsami"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Boğazındakı problemlə bağlı jurnalistlər önünə çıx bilməyən baş məşqçi Qoran Sabliçi əvəzləyən mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"İkinci hissədə isə əsas vəzifə müdafiədə ehtiyatlı oynayıb, şanslardan yararlanmaq idi. Çünki rəqibin açıq oynayacağını bilirdik. Uşaqlara fədəkarlıqlarına, mübarizliklərinə görə təşəkkür edirik. "Milsami" ilə oyunlar həmişə belə çətin keçir. Meydanda baxımlı oyun olmasa da, mübarizə gedir".
Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri "Qarabağ" haqda da danışan A. Korneyenkov artıq rəqibi müzakirə etdiklərini söyləyib: "Qarabağ"ın oyunlarına baxmışıq. Artıq bu komandanı məşqçilər korpusu öz arasında təhlil edib. Ancaq hələlik futbolçulara heç bir məlumat verilməyib. Çünki əsas diqqətimiz "Milsami" ilə oyuna yönəlmişdi".
Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq. Həmin görüşün başlama saatı da 21:00-dır.(qol.az)

№ | Komanda | o | x |
1 | Neftçı | 20 | 42 |
2 | Qarabağ | 20 | 42 |
3 | Zirə | 20 | 30 |
4 | Sumqayıt | 20 | 26 |
5 | Qəbələ | 20 | 23 |
6 | Səbail | 20 | 18 |
7 | Keşlə | 20 | 17 |
8 | Sabah | 20 | 16 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 16 | 36 |
2 | Zaqatala | 17 | 34 |
3 | Neftçi-2 | 16 | 34 |
4 | Sabah-2 | 16 | 29 |
5 | Qarabağ-2 | 17 | 26 |
6 | Kəpəz | 15 | 17 |
7 | Qaradağ Lökbatan | 16 | 16 |
8 | Keşlə-2 | 16 | 12 |
9 | MOİK | 16 | 10 |
10 | Sumqayıt-2 | 15 | 9 |