Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mirzəyev 38-ci “Conca della Presolana” festivalının vitse-çempionu oldu
Azərbaycan şahmatçısı Azər Mirzəyev İtaliyanın Bratto şəhərində keçirilən 38-ci “Conca della Presolana” festivalında 9 mümkün xaldan 6,5 xal toplayaraq, “Masters” turnirin gümüş medalçısı adını qazanıb.
Sportfm.az xəbər verir ki, Latviyadan olan beynəlxalq dərəcəli usta Vladimir Sveşnikov və ukraynalı qrossmeyster Eldar Həsənov da eyni xala sahibdirlər. Əlavə göstəricilər nəzərə alınaraq, V.Sveşnikov qalib elan olunub. Belorus Nikita Mayorov, polyak Zbiqnev Pakleza, rusiyalı Yevgeni Sveşnikov və hollandiyalı Yan Verle yarım xal geridə qalıblar.
İsveçrə sistemi üzrə 9 turda keçirilən “Conca della Presolana 2018” turnirində 48 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edib.
Oxşar xəbərlər
“Masters” turnirində şahmatçımız məğlubiyyətsiz irəliləyir
Abbasov şahmat festivalının vitse-çempionudur - FOTO
İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir
Masters turnirində Azərbaycanın şərəfini beynəlxalq qrossmeysterimiz qoruyacaq
Bakıda şahmat üzrə memorial turnirin qalibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası