"Neftçi" futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə Avropa Liqasının oyununa təyinat alıb.
Sportfm.az xəbər verir ki, O.Hüseynzadə avqustun 23-də Ukraynada “Zarya” və Almaniyanın “Leyptsiq” komandaları arasında keçiriləcək pley-off mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Orxan Hüseynzadə "Neftçi"nin prezidenti vəzifəsindən fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.