Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qvardiola “Barselona”nın oyunçusunu istəyir
"Barselona”nın qapıçısı Klaudio Bravo "Mançester Siti”yə keçməyə yaxındır. Qol.az-ın "Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, çilili qolkiper artıq Mançester klubu ilə şəxsi müqaviləsini razılaşdırıb. Keçidin rəsmiləşməsi üçün klublar transferin məbləğində razılıq əldə etməlidirlər. "Mançester Siti” Bravoya görə 25 milyon avro ödəməyə hazırdır. Lakin "Barselona” qiyməti artırmağa çalışır.
Qeyd edək ki, 33 yaşlı qapıçının transferini Xosep Qvardiola istəyir. İspan mütəxəssis buna qədər "şəhərlilər”in əsas qapıçısı olan Co Harta qapını etibar etmək fikrində deyil. Təsadüfi deyil ki, dünən Premyer Liqanın ilk turunda "Sanderlend”lə oyunda (2:1) Hart ehtiyatda qalıb.
Oxşar xəbərlər
Xosep Qvardiola:"Bir titul üçün hər şeyi qurban vermək olmaz"
Xosep Qvardiola: "Barsa" yalnız bir futbolçuya görə elə oynayır"
"Barselona"dan "Mançester Siti"yə
Qvardiola kimi istəyir?
“Mançester Siti”dən daha bir transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası