reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"də Etibar İbrahimovun köməkçiləri açıqlandı


Yeni mövsümdən I Divizionda mübarizə aparacaq “Kəpəz”in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri məlum olub. 

Sportfm.az xəbər verir ki, İbrahimovun başçılıq etdiyi məşqçilər korpusunda Orxan Verdiyev və Tariyel Hüseynov yer alıb. Sonuncu

qapıçılarla işləyəcək. 

Karyerası dövründə Gəncə klubunun şərəfini qorumuş Hüseynov “sarı-göylər” vaxtilə aşağı liqada çıxış edəndə də əsas komandada çalışıb. Son mövsümdə isə o, aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub. Orxan Verdiyevə gəlincə, baş məşqçinin tanıdığı və inandığı sima klub futbolunda ilk addımlarını atır. Yerli idman məktəbində 7 ildir çalışan Verdiyev Gəncə futbolunda perspektivli məşqçilər arasında göstərilir. Orxan müəllimin çalışdırdığı 12 yaşlılardan ibarət “Azəri TİM” komandası Azərbaycan birinciliyinin gümüş mükafatçısı olub. U-10 və U-13 liqalarında çıxış etmiş komandalar isə medalın bir addımlığında dayanaraq 4-cü yeri tutublar.

 

Oxşar xəbərlər

“Kəpəz” akademiyasından futbolçu götürdü
“Kəpəz” Premyer Liqaya qayıdarsa, 2 klub dağılacaq
"Kəpəz" yeni baş məşqçisini açıqladı
Yunis Hüseynov məşqçilərlə görüşdü və əsas məqsədini açıqladı - FOTO
"Kəpəz" sabiq oyunçuları ilə yollarını ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər