reklam
Yığmamız MOİK-i məğlub etdi -
Sportfm.az xəbər saytı

Yığmamız MOİK-i məğlub etdi -FOTO


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. MOİK-lə qarşılaşan U-19  2:1 hesabı ilə qələbə qazanıb.

Sportfm.az xəbər verir ki, yığmanın qollarını Emil Qasımov və Elcan Hafizli vurub.

Oyundan sonra U-19-un baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib:

“Təcrübəli futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Qarşılaşmada sürət yüksək idi. Futbolçuların hamısı meydana çıxmaq şansı qazandı. Bizim üçün çox ağır oyun olsa da, qələbə qazandıq. Komandamı bu münasibətlə təbrik edirəm. Futbolçular meydanda çox çalışdılar. Ancaq razı qalmadığım nüanslar da oldu. Hər oyunda futbolçuların qarşısında müdafiədə diqqətli oynayaraq, hücumda daha dəqiq olmaları tələbini qoyuruq. Nöqsanlar üzərində səylə çalışaraq, oyundan-oyuna səhvləri minimuma endirməliyik”.

Oxşar xəbərlər

Yığmamız "Zaqatala"nı məğlub etdi - Oyun
Yığmamız 3:1 hesablı qələbə qazandı - U-17
Millimiz qələbə qazandı - 4:1
"Komanda oyundan oyuna yüksəlişdədir" - Vüqar Məmməd
Qurban Qurbanovun oğlu qol vurdu, millimiz bərabərə qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər