Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub.
Sportfm.az xəbər verir ki, mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahib olub.
Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.
Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.
Oxşar xəbərlər
Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan finalında gürcü qalib gəldi
Gənc cüdoçularımız Avropa birinciliyində 6 medal qazandılar
Cüdoçularımız Avropada 1-ci olublar
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası