reklam
4 yaşlı
Sportfm.az xəbər saytı

4 yaşlı "Zirə"


Bu gün “Zirə” Peşəkar Futbol Klubunun təsis olunmasından 4 il keçir. 

Sportfm.az xəbər verir ki, 2014-cü ilin 18 iyulunda yaranan klub bu müddətdə artıq 4-cü mövsüm olacaq ki, Topaz Premyer Liqasında iştirak edəcək. 

“Zirə” bu illər ərzində bəzi uğurlu nəticələr əldə edib. İlk mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanan komanda avrokuboklara vəsiqə qazanıb. Amma UEFA-nın lisenziya tələblərinə uyğun olaraq komandanın təsisinin 3 ili tamam olmadığından “Zirə” avrokuboklarda iştirak edə bilmədi. Buna baxmayaraq, 1 il sonra Avropa Liqasında iştirak edən “qartallar” ilk mərhələdə Lüksemburqun “Differdanj” komandasını mübarizədən kənarlaşdırmağa müvəffəq olub. Son 3 mövsümdə Premyer Liqanın iştirakçısı olan “Zirə” daim iddiaçılar sırasında yer alıb.

 

Oxşar xəbərlər

“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
“Zəfər” “Zirə” oldu - Ad dəyişimi
"Zirə"nin "Səbail"lə 12-ci dueli
"Zirə"nin 6-cı mövsümü
“Zirə” yubiley qələbəsini bayram etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər