reklam
Sportfm.az xəbər saytı

"Barselona"nın qapıçısı "Qarabağ"ın 500 minlik təklifini geri çevirdi


"Deportivo"nun qapıçısı Ruben Martines yay transfer dönəmində "Qarabağ"ın təklifini qəbul etməyib.

Sportfm.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. "Qarabağ" 34 yaşlı qolkiperə bir il üçün 500 min avroluq məvacib təklif edib. Lakin Martines Ağdam klubuna gəlməyi üstün tutmayıb. İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış edən təcrübəli əlcək sahibi daha az maaş təklif edən "Osasuna"nı seçib. Martines II Sequnda təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, ispaniyalı çərçivə qoruyucusu "Barselona"nın əsas heyətində iki oyun keçirib. O, "Malaqa", "Rayo Valyekano", "Almeriya" və "Levante" kimi klublarda çıxış edib. Ruben son mövsümü icarə əsasında "Anderlext"də keçirib.

Oxşar xəbərlər

PSJ-nin qapıçısı Premyer Liqa klubuna keçdi - RƏSMİ
"Barselona"nın təklifini qəbul etmədi
"Barselona" "İnter"in futbolçusu üçün hərəkətə keçdi
"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif etdi
“Boka Xuniors” “Qarabağ”ın təklifini geri çevirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər