Sənan Qurbanov:"Hamı bizdən qələbə gözləyir"
"Qəbələ" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah Lüksemburqun "Proqres" klubunu qəbul edəcək.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzdə və komandada ab-hava necədi?
- Yenidən avrokubok həyəcanını yaşamaq çox sevindiricidi. Komandada ab-hava yaxşıdı. Məqsədimiz birdi: mərhələ keçmək.
- Cavid Hüseynovsuz komanda necə olacaq?
- Kapitanımızın olmamağı bizim üçün yaxşı hal deyil. Cavid bizim üçün önəmli futbolçudu. Amma komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.
- Yeni transferlər komandaya uyğunlaşıb?
- Lilay komandaya Bakıda qoşulub. Digərləri Sloveniyada bizə qatıldılar. Futbolçuların dediyinə görə, komandaya uyğunlaşmaqda problem yaşamayıblar. Özlərini ailəmizin bir üzvü hesab edirlər.
- İlk oyunda hədəfiniz nədi?
- “Qəbələ” olaraq, hər oyunda hədəfimiz qalib gəlmədkdir. Hamı bizdən qələbə gözləyir. Rəqibimiz güclüdü. Onları təhlil etmişik. Sabah layiqli oyun göstərib, azarkeşlərimizi sevindirmək istəyirik.
- Rəqibin üstün və zəif cəhətləri nədi?
- Rəqibin çempionat oyunlarını izləyib təhlil etmişik. Yetərincə intizamlı, sıx oynayan komandadı. Hücuma yaxşı çıxırlar. Kompakt oyun sayəsində nəticə qazanırlar.
- Oyun fəlsəfəniz necədir?
- “Qəbələ” iddialı klubdu, çalışacağıq bunu qoruyaq. Müdafiəni unutmadan hücum futbolu oynamaq istəyirik. Hər gün bunun üzərində çalışırıq.
-Yoldaşlıq oyunları göstərdi ki, "Qəbələ" son nöqtəni qoymaqda çətinlik çəkir. Bu çatışmazlığı aradan qaldıra biləcəksiz?
- Yoxlama oyunlarında futbolçulardan başqa şeylər tələb edirik. Bu oyunların bizə çox köməyi oldu. Bəli, qol imkanlarımız olurdu. Bu əsas göstərici deyil. Qol vəziyyətlərindən istifadə edəcəyik. Məncə, belə problemimiz olmayacaq.(sportal.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |