
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Rio-2016: Qadın güləşçilərimiz də Braziliyaya yollandı
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Sportfm.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri artıq Braziliyadadır. Güləşçilərimiz Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında iştirak edir.
Bu gün isə Olimpiadada iştirak edəcək qadın güləşçilərimiz Rio-de-Janeyroya yola düşüb. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) Olimpiadada mübarizə aparacaq. Qadın güləşçilərin mübarizəsi avqustun 17-18-də baş tutacaq.
Xatırladaq ki, Mariya Stadnik Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanıb. Yuliya Ratkeviç isə London Olimpiya Oyunlarının bürünc mekafatçısıdır.
Oxşar xəbərlər
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Mariya Stadnik ikinci, Nataliya Sinişin dördüncü sıradadır
Semyon Çterev: "Qızıl Qran Pri"nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir
Rio-2016: Güləşçilərimiz komanda hesabında dördüncü oldular
Yunan-Roma güləşçilərimiz Yay Olimpiya Oyunlarına hazırdırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin