Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avstriya klubu Şeydayevə təklif göndərəcək
Millimizin hücumçusu Ramil Şeydayevin "Trabzonspor"da gələcəyi bəlli deyil.
Sportfm.az xəbər verir ki, hücumçunun Avstriyanın "Mattersburq" klubuna keçidi baş tutmadığı üçün müqavilə ilə məxsus olduğu "Trabzonspor"a dönmüş və Slovakiyadakı toplanışa qatılmışdı. Lakin "Mattersburq" Şeydayev üçün "Trabzonspor"a daha bir təklif göndərməyə hazırlaşır. Bu məsələdə yekun sözü "Trabzonspor"un baş məşqçisi Ünal Karaman deyəcək. Mütəxəssis 22 yaşlı forvardın toplanışdakı performansından sonra onun gələcəyi ilə bağlı söz sahibi olacaq.
Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
Oxşar xəbərlər
Ramil Şeydayevin yeni klubu müəyyənləşir
Bundesliqa klubu Ramil Şeydayevdən əl çəkmir
Şeydayevin işi düyünə düşdü, "Trabzonspor"da məşqlərə qatıldı!
Bundesliqa klubu Şeydayevlə bağlı açıqlama verdi
Şeydayevin transferi niyə yubanır? - Səbəbi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası