UEFA Superkubokunun qalibi müəyyənləşdi - VİDEO
UEFA Superkubokunun qalibi bəlli olub. Sportfm.az saytının məlumatına görə, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedib. Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafatı "Barselona” deyil, onun əzəli rəqibi "Real” qazanıb. Məyus olan komanda isə dəyişməyib. "Sevilya" ötən il olduğu kimi, bu dəfə də əlavə vaxtda mükafatı əldən verib. Üstəlik bu matç rəqiblərin ikinci Superkubok dueli idi. 2014-cü ildə də "Real” həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə "Sevilya”dan daha güclü olmuşdu – 2:0. "Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu. Görüşə gəlincə. Oyunda hesabı 21-ci dəqiqədə "Real" açıb. Asensao fərqlənib. 41-ci dəqiqədə Vazgezin vurduğu qolla komandalar fasiləyə bərabərliklə yollanblar. İkinci hissədə Konoplyankanın penalti qolu "Sevilya"nı önə çıxarsa da, Serxio Ramos oyuna əlavə olunmuş 3-cü dəqiqədə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta aparıb. Qələbə qolu isə əlavə vaxtın son dəqiqəsində vurulub. Dani Karvaxal "kral klubu"nu Avropanın ən güclüsü edib.
UEFA Superkuboku
9 avqust
"Real” (İspaniya) – "Sevilya” (İspaniya) - 3:2
Qollar: Asensio, 21, Serxio Ramos, 90+3, Karvaxal, 119 - Vazgez, 41, Konoplyanka, 72 (pen.)
Baş hakim: Milorad Majiç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Şimon Marçinyak
Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)
Tronheym (Norveç). "Lerkendal” stadionu
"Real”: 13. Kike Kasilla, 2. Dani Karvaxal, 5. Rafael Varan, 4. Serxio Ramos, 12. Marselo, 14. Kazemiro, 16. Mateo Kovaçiç, 17. Lukas Vazgez, 22. İsko, 28. Marko Asensio, 21. Alvaro Morata
Ehtiyat oyunçular: 31. Yanyez, 6. Naço, 9. Benzema, 10. Xames Rodrigez, 19. Modriç, 23. Danilo, 27. Llorente
Baş məşqçi: Zinəddin Zidan
"Sevilya”: 1. Riko, 5. Tiomoti Kolocecak, 6. Daniel Karriço, 8. Visente İborra, 14. Hiroşi Kiyotake, 20. Vitolo, 22. Franko Vazgez, 9. Lusiano Vietto, 21. Nikolas Parexa, 25. Mariano Ferreyra, 15. Stiven Nzonzi
Ehtiyat oyunçular: 13. Soria, 4. Kranevitter, 10. Konoplyanka, 12. Ben Yedder, 17. Sarabia, 18. Eskudero, 23. Rami
Baş məşqçi: Xorxe Sampaoli
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |