reklam
Azərbaycan yığmasının kapitanı:
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasının kapitanı:"Ağlıma da gəlməzdi ki, bu qədər əziyyətdən sonra mənə belə qiymət verilsin" -EKSKLÜZİV


Ötən mövsüm futzal üzrə Yüksək Liqada növbəti çempionluğunu bayram edən "Araz"ı aparıcı oyunçulardan olan Qallo və Edu tərk edib. Naxçıvan təmsilçisinin rəhbərliyi yerli futzalçılardan Xətai Bağırov və Ramiz Çovdarovla da yollarını ayırıb.

Bu gün Sportfm.az saytına daxil olan məlumata inanmaq nə qədər çətin olsa da, yığma komandamızın və "Araz"ın kapitanı Rizvan Fərzəliyevlə müqavilənin müddəti uzadılmayıb. Məsələ ilə bağlı saytımızın suallarını cavablandıran Fərzəliyev xəbəri təsdiq etdi: İdman direktorumuz Marat Salyanski komandanın məşqçilərindən olan Kərim müəllimə deyib ki, növbəti mövsüm mən "Araz"da olmayacam. Mənə xəbəri o çatdırdı. 

- Bəs, Salyanskinin özü sizə niyə zəng vurmayıb?

- Üzü gəlməyib. 

- Komandanan göndərilməyinizi nə ilə əsaslandırdılar?

- Heç nə ilə. Söz deyən olduki! 

- Klub rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etdinizmi?

- Xeyr. Heç kimə zəng vurmamışam. Verilən qiymət göz qarşısındadı. Bundan o yanı yoxdur. İllərdir komandanın uğurlarında pay sahibi ol, əziyyət çək, sonda sağol belə deməsinlər. Mən "Araz" üçün can qoymuşam. Bir təşəkkürü belə mənə çox gördülər. Oyunçu ilə yolları ayırmaq olar, ancaq bu şəkildə yox. 

- Adın Azərbaycan futzalı ilə yanaşı çəkilir. Belə münasibəti gözləyirdin? 

- Ağlıma da gəlməzdi ki, bu qədər əziyyətdən sonra mənə belə qiymət verilsin. Mən bu komandanın ağır günlərində belə heyəti tərk etməyi ağlımın ucundan keçirməmişəm. Elə olub ki, zədəli ola-ola meydançaya çıxmışam, komandama kömək etmişəm. 

Qeyd edək ki, 39 yaşlı futzalçı 2003-cü ildən "Araz"ın şərəfini qoruyurdu. 

 

Oxşar xəbərlər

Naxçıvan klubu "İran bazarı"na üz tutur - ÖZƏL
Media nümayəndələri Rizvan Fərzəliyevin "Araz"dan hörmətsiz göndərilməsini pislədilər - SORĞU
"Araz"da daha iki ayrılıq - ÖZƏL
Rizvan Fərzəliyev: Bunlar bəyəm mənim dostumdur? - MÜSAHİBƏ
"Araz"ın futzalçısı niyə oyunu tribunadan izləyib?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər