reklam
“Neftçi” 3-cü sınağına çıxacaq
Sportfm.az xəbər saytı

“Neftçi” 3-cü sınağına çıxacaq


Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçimiz "Çelik"lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Bu, Roberto Bordinin yetirmələrinin 3-cü sınaq matçı olacaq. Bakılılar ilk iki oyunda "Şkupi" (Makedoniya) və "Dunarea Kalarasi" (Rumıniya) üzərində eyni hesabla (2:0) qələbə qazanıb.

"Neftçi" toplanış çərçivəsində son yoxlama görüşünü iyulun 5-də "Politexnika"ya (Rumıniya) qarşı keçirəcək.

Qeyd edək ki, "Çelik" iyunun 30-da digər Azərbaycan klubu "Keşlə" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Yoxlama görüşü

2 iyul

18:00. "Neftçi" (Azərbaycan) - "Çelik" (Bosniya və Herseqovina)

Oxşar xəbərlər

Bir gündə 3 oyun - Klublarımız Antalyada
"Neftçi" Rumıniya klubunu məğlub etdi
“Neftçi” Rumıniya komandasına qarşı
"Neftçi" "Çelik"i "əritdi"
"Neftçi"nin növbəti rəqibinə aydınlıq gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər