"Qarabağ"ın legioneri azarkeşi ölümlə hədələdi
"Lans"ın yarımmdafiəçisi Abdullah Zubirin transferi "Qarabağ"a 1 milyon avroya başa gəlib.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa klubunun azarkeş saytı yayıb.
Bildirilir ki, onun müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, Azərbaycan çempionu bu keçid müqabilində təzminat ödəyib. Mərakeş əsilli futbolçu "Lans"ın aparıcı simalarından biri olub. 2016-cı ilin yayında "Petrolul"dan Fransaya qayıdan Zubir iki il bu komandanın formasını geyinib. O, ötən mövsüm meydana çıxdığı 34 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Zubirin "Lans"dan ayrılmasının əsas səbəbi kimi isə onun yerli azarkeşlərlə arasındakı münaqişə göstərilir. Belə ki, 27 yaşlı futbolçu "lensois" fan-klubunun üzvləri ilə problem yaşayıb və fanatlardan birini ölümlə hədələyib. Doğrudu, sonradan məsələyə qarışan klub rəhbərliyi tərəfləri barışdırmağı bacarıb. Lakin məhz bu hərəkətdən sonra Zubirlə bağlı vəziyyətin dəyişdiyi vurğulanıb.
Qeyd edək ki, Lill şəhərində anadan olan Abdullah Zubir hücumameylli yarımmüdafiəçidi və əsasən sağ ayağı işləkdi.
Oxşar xəbərlər
Zubir Fransaya dönür - "Tuluza" onu istəyir
"Qarabağ"da ilə müqavilə - Legioneri ilə
Abdullah Zubir Yunanıstana gedir
"Genqam"ın baş məşqçisi "Qarabağ"ın futbolçusu ilə maraqlandıqlarını təsdiqlədi
Zubir "Qarabağ"ı tərk edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası