Kapitan məğlubiyyətə görə üzr istədi
Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında ikinci görüşdə ev sahibi Rusiyaya 1:3 hesabı ilə məğlub olduqları üçün öz xalqından üzr istəyib.
Sportfm.az xəbər verir ki, komandanın qapıçısı üzrxahlığını Misir xalqına çatdıraraq deyib: “Heç bir futbolçu və baş məşqçi uduzmaq istəməz. Növbəti mərhələyə yüksəlmək şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik və bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur və hərdən uğur sənin tərəfində olmur”.
Essam əl-Hadari Misir yığmasının əvvəlki uğurlarını davam etdirməyə qadir olduğunu və komandada kütləvi dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb: “Bu komanda çoxlu nailiyyətə imza atıb. Bu uğurların gələcəkdə də davam etməsi əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Dünya çempionatlarının rekordçusu karyerasını başa vurdu
Federasiya prezidenti açıqladı: Misir millisi niyə zəifdir?
Aktyor oyuna baxarkən dünyasını dəyişdi - FOTO
Misir millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlandı
44 yaşlı qapıçı meydana çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa















Misli Premyer Liqası