reklam
Tural Axundov:
Sportfm.az xəbər saytı

Tural Axundov:" “Neftçi” fanatları bəlkə də Azərbaycanın bir nömrəli azarkeşləridi"


“Neftçi”nin yeni transferi Tural Axundov paytaxt klubuna keçidi ilə bağlı ilk fikirlərini bölüşüb. 

Sportfm.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib: 

“Əlbəttə, “Neftçi”yə gəlmək hər bir futbolçunun arzusudu. Çox şad oldum ki, mən də “Neftçi” ailəsinə qoşuldum. Bu kluba gəldiyim üçün çox xoşbəxtəm. “Neftçi” fanatları bəlkə də Azərbaycanın bir nömrəli azarkeşləridi. Qarşıda bizi Avroliqa oyunları gözləyir. Çalışacam ki, komandada öz yerimi möhkəmləndirim və sabit oyun göstərim. Məncə, bu, alınacaq. Çünki qarşıma məqsəd qoymuşamsa, bu kluba gəlmişəmsə, deməli, yaxşı olacaq”.

 

Oxşar xəbərlər

“Neftçi”də yeni sponsor - “Liv Bona Dea Hospital”
"İlkin hədəfim çempionluqdur" - Mert Çelik
14-cü turunun rəmzi komandası müəyyənləşdi
Tural Axundov 250-yə çatdı
6-cı turun rəmzi komandası açıqlandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər