reklam
21 yaşlı azərbaycanlı futbolçu üçün 500 min avro ödəndi
Sportfm.az xəbər saytı

21 yaşlı azərbaycanlı futbolçu üçün 500 min avro ödəndi


Moskva "Spartak"ı Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevi birdəfəlik satıb. 

Sportfm.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirəcək. O, "Rostov"la dörd illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Keçid üçün Moskva təmsilçisinə 500 min avro ödənilib. 

Rusiyanın U-21 millisinin üzvü olan Quliyev transferlə bağlı bunları söyləyib: "Peşəkar karyeramı daha da inkişaf etdirmək üçün gözəl addım oldu. Ötən mövsüm "Rostov"da çıxış etdim və klub mənim xidmətimdə maraqlı oldu. İndi yeni mövsümü gözləyirəm. Komandamız rəqiblərlə mübarizə aparacaq və möhkəm olacaq. Azarkeşlərimizdən bizə dəstək vermələrini xahiş edirəm". 

Qeyd edək ki, Ayaz "Spartak"ın yetirməsidir. O, icarə əsasında "Anji"də və ötən mövsümün ikinci yarısını "Rostov"da keçirib. Milli komandamızın baş məşqçisi Qurban Qurbanov açıqlamsında Quliyevi diqqətində saxladığını demişdi.

Oxşar xəbərlər

Ayaz Quliyev geri dönür!
Rusiya klubu azərbaycanlı futbolçunun transferini rəsmən açıqladı
Ayaz Quliyev "Rostov"dan ayrıldı: "Spartak"a transfer oldu
Azərbaycanlı futbolçu Premyer Liqa klubundan ayrıldı
"Rostov" azərbaycanlı futbolçunu "rənglərinə qatdı" - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər