Roman Qriqorçuk rəsmən Qazaxıstan klubunda -FOTO
“Qəbələ”dən ayrılan Roman Qriqorçukun yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, ukraynalı mütəxəssis “Astana” ilə müqavilə imzalayıb. 53 yaşlı mütəxəssisin bu gün təqdimetmə mərasimi keçirilib. Müqavilənin detalları barədə açıqlama verilməyib.
Xatırladaq ki, Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan 53 yaşlı Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.
Oxşar xəbərlər
Roman Qriqorçuk Belarusa yollandı
Qazaxıstan klubu Roman Qriqorçukla yollarını ayırdı
Riçard Almeyda ilə rəsmən müqavilə imzalandı - FOTO
Qriqorçuk Qazaxıstan çempionatında!
Roman Qriqorçuk istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası