reklam
Cenk Tosun Dünya Çempionatında iştirak edən komandanı cəzalandırdı
Sportfm.az xəbər saytı

Cenk Tosun Dünya Çempionatında iştirak edən komandanı cəzalandırdı


Dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, dünya çempionatından kənarda qalan İtaliya millisi mundial iştirakçısı Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Bu qarşılaşma “skuadra adzurra”nın baş məşqçi postuna yenicə təyin olunmuş Roberto Mançininin millinin “sükanı arxasında” ilk sınağı olub. Komandası onun debütündə qələbə qazanıb.

Türkiyə seçməsi doğma meydanda İranla qarşılaşıb. Bu yığmalar sonuncu dəfə 44 il öncə - 1974-cü ildə üz-üzə gəlmişdilər. İtaliya kimi DÇ-2018-dən kənarda qalan türklər də mundial iştirakçısına qalib gəliblər. Türkiyə yığmasının hər iki qolunu "Everton"un forvardı Cenk Tosun vurub. 

Fransa İrlandiyanı məğlub edibsə, Portuqaliya Tunislə heç-heçəyə razılaşıb.

Yoldaşlıq oyunları

28 may

Cənubi Koreya - Honduras 2:0

Keniya - Ekvatorial Qvineya 1:0

Bosniya və Herseqovina - Monteneqro 0:0

Türkiyə - İran 2:1

Portuqaliya - Tunis 2:2

İtaliya - Səudiyyə Ərəbistanı 2:1

Fransa - İrlandiya 2:0

Oxşar xəbərlər

Cenk Tosun Qətərə getməkdən imtina etdi
Türkiyə millisində şok - Cenk Tosun zədələndi
Türkiyə yığmasının matçında üzücü olaylar - Tosun azarkeşlə dartışdı, fanatlar meydana axışdı
Almaniya-Braziliya, İspaniya-Argentina - hansına baxaq?
Rusiyaya yollanacaq bütün yığmalar məlumdur - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər