reklam
Ceyms dünya çempionatında çıxış etməyəcək
Sportfm.az xəbər saytı

Ceyms dünya çempionatında çıxış etməyəcək


"Börnli" klubunun və İngiltərə milli komandasının futbolçusu Ceyms Tarkovski Rusiyadakı dünya çempionatında iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, səbəb 26 yaşlı müdafiəçinin qasıq nahiyəsindəki zədədir. Artıq yığmanın düşərgəsini tərk edən oyunçu əməliyyat olunacaq.

Tarkovski millinin baş məşqçi Qaret Sautgeytin açıqladığı siyahıda 5 futbolçudan ibarət ehtiyat siyahıda yer alırdı. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyun keçirib.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. İngiltərə millisi Tunis (18 iyun, Volqoqrad), Panama (24 iyun, Nijni-Novqorod) və Belçika (28 iyun, Kalininqrad) ilə birgə G qrupunda çıxış edəcək. 

Oxşar xəbərlər

DÇ-2018: İngiltərə məğlub olaraq 1/8 finala çıxdı
DÇ-2018: İngiltərə xal itkisinə imkan vermədi
Dünya Çempionatının təqvimi
İslandiya əhalisinin 20 faizi DÇ-2018-də milli komandanı dəstəkləyəcək
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər