reklam
İslandiya əhalisinin 20 faizi DÇ-2018-də milli komandanı dəstəkləyəcək
Sportfm.az xəbər saytı

İslandiya əhalisinin 20 faizi DÇ-2018-də milli komandanı dəstəkləyəcək


İslandiya Futbol Assosiasiyasının prezidenti Qundi Berqsson bildirib ki, 2018-ci il dünya çempionatında ölkə əhalisinin azı 20 faizi milli komandanı dəstəkləyəcək.

Sportfm.az xəbər verir ki, İslandiya builki dünya çempionatında çıxış edəcək ölkələr arasında əhalisi ən az dövlətdir. Burada təxminən 330 min sakin yaşayır.

Berqsson deyib: - Azarkeşlərimiz üçün ayrılmış kvotanın 80 faizi artıq alınıb. Deyə bilərəm ki, İslandiya yığmasının azarkeşlərinin sayı Avropa çempionatındakı azarkeşlərin sayından az olmayacaq. Onların sayı ölkə əhalisinin ümumi sayının təxminən 20 faizi qədər olacaq. Azarkeşlərin çoxu heç olmasa bircə matça tamaşa etmək xatirinə məzuniyyətini Rusiyada keçirməyi planlaşdırır. Mənim fikrimcə, bu, çox yaxşı haldır və mən tam əminəm ki, Rusiyaya gələn hər kəs maksimum zövq alacaq, Rusiya təbiətinin gözəlliklərini və həqiqi rus qonaqpərvərliyini qiymətləndirə biləcək.

Xatırladaq ki, dünya çempionatı matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 12 şəhərindəki 11 stadionda keçiriləcək.

İslandiya qrup turnirində Argentina (16 iyun, Moskva), Nigeriya (22 iyun, Volqoqrad) və Xorvatiya (26 iyun, Rostov-Don) milli komandaları ilə görüşəcək.

 

 

Oxşar xəbərlər

DÇ-2018: Musa islandları "dəfn etdi"
Dünya Çempionatının təqvimi
DÇ-2018-in seçmə mərhələsində nə qədər gəlib əldə edilib? - UEFA açıqladı
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
EURO 2016-nı bu ölkənin əhalisinin 8% stadionlardan izləyəcək!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər