Şehiç də Azərbaycandan gedir?
"Qarabağ"ın daha bir legioneri klubdan ayrılıb.
Sportfm.az xəbər verir ki, oxu.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.
Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.
Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:
Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından "Qarabağ"da çıxış edirdi. "Qarabağ"ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.
Xatırladaq ki, son günlərdə "Qarabağ"dan bir neçə aparıcı oyunçu ayrıldı. Bu futbolçular Riçard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq qapıçısı Superliqa klubunun hədəfində
Şehiçin agenti "Qalatasaray" iddialarına fikir bildirdi
"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı
Robert Prosineçki Şehiçi yanına çağırdı
Sehiçin əvəzedici komandaya göndərilməsi xəbərinə "Qarabağ"dan — AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası