reklam
Final oyununda təhlükəsizliyi 10 min polis qoruyacaq
Sportfm.az xəbər saytı

Final oyununda təhlükəsizliyi 10 min polis qoruyacaq


Kiyev polisi mayın 26-da “Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqası finalının astanasında gücləndirilmiş iş rejiminə keçib.

Sportfm.az xəbər verir ki, həmin gün Ukrayna paytaxtının küçələrində asayişi azı 10 min polis təmin edəcək. Polis qüvvələrindən əlavə, Ukrayna Milli Qvardiyasının döyüşçüləri, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da şəhərdə təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaqlar.

Finalın bilavasitə iştirakçıları – “Real” və “Liverpul” klublarını isə UEFA-nın Təhlükəsizlik Xidməti və milli polis dəstələri qoruyacaq.

Qeyd edək ki, Ukrayna hökuməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına 50 minə yaxın qonağın gələcəyini gözləyir.

Oxşar xəbərlər

Açılışda asayişi 45 minə yaxın polis qoruyacaq - Paris-2024
"Baksell Arena"da 2 min polis - FOTO
Final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirildi
Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq
"Qarabağ" - "Roma" oyununa 3 min polis cəlb edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər