Portuqaliya millisi də heyətini açıqlandı -SİYAHI
Portuqaliya milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş 23 nəfərlik siyahıya 2016-cı il Avropa çempionatının finalında Fransa yığmasının qapısına qələbə topunu vurmuş Antoniu Ederi daxil etməyib.
Hərçənd, Ederin adı öncədən açıqlanmış geniş heyətdə olub. Eyni zamanda, İtaliya "Latsio"sunda icarə əsasında çıxış edən Nani də "23-lüy"ə düşməyib.
Qapıçılar: Antoni Lopeş ("Lion", Fransa), Betu ("Göztəpə", Türkiyə), Ruy Patrisiu ("Sportinq")
Müdafiəçilər: Brunu Alveş ("Reyncers", Şotlandiya), Sedrik Soareş ("Sauthempton", İngiltərə), Joze Fonte ("Dalyan İfan", Çin), Mariu Ruy ("Napoli", İtaliya), Pepe ("Beşiktaş", Türkiyə), Rafael Gerreyro ("Borussiya" Dortmund, Almaniya), Rikardu Pereyra ("Portu"), Ruben Diaş ("Benfika")
Hücumçular: Andre Silva ("Milan", İtaliya), Bernardu Silva ("Mançester Siti", İngiltərə), Kriştianu Ronaldu ("Real Madrid", İspaniya), Jelson Martinş ("Sportinq"), Qonsalu Gedeş ("Valensiya", İspaniya), Rikardu Kuarejma ("Beşiktaş", Türkiyə)
Portuqaliya millisi İspaniya, İran və Mərakeşlə eyni qrupda yer alıb.
Oxşar xəbərlər
Ronaldosuz Dünya Çempionatı olmayacaq
Portuqaliya millisinin Türkiyə ilə oyun üçün heyəti - SİYAHI
Ronaldo Azərbaycana gəlir - DÇ-2022
Portuqaliyanın heyəti açıqlandı - Millimizlə oyun üçün
Ronaldu milli komandadan kənarda qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası