Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransanın Lion şəhərində müəyyənləşəcək.
Sportfm.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Atletiko Madrid” və Fransanın “Marsel” klubları qarşılaşacaq.
Fransada “Stad de Frens”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
1992/1993-cü il mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan “Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.
“Atletiko” isə 6-cı kuboku qazanmaq fikrindədir. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə ediblər. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.
Qeyd edək ki, “Marsel” qələbə qazansa Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.
Oxşar xəbərlər
Bu gün qalib müəyyənləşəcək - Avropa Liqası
Çempionlar Liqasının püşkü atılır - YENİLƏNİR
Qazaxıstan klubu Çempionlar Liqasının finalına çıxdı
"Atletiko" Avropa Liqasının qalibi oldu
Avropa Liqasının püşkatması başa çatdı: “Milan”-“Arsenal”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Bakıda İspaniyaya qalib gəldi - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları













Misli Premyer Liqası