reklam
DÇ-2018:
Sportfm.az xəbər saytı

DÇ-2018:Braziliya millisinin yekun heyəti açıqladı


Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.

Sportfm.az xəbər verir ki, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb. Ümumilikdə isə fevralın 16-da açıqlanmış 15 oyunçuya daha 8 futbolçu əlavə olunaraq siyahı 23 nəfərə çatdırılıb.

Qapıçılar: Alisson ("Roma"), Ederson ("Mançester Siti"), Kasio ("Korintians")

Müdafiəçilər: Danilo ("Mançester Siti"), Faqner ("Korintians"), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel ("Qremio"), Filipe Luis ("Atletiko")

Yarımmüdafiəçilər: Kasemiro ("Real"), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred ("Şaxtyor")

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta ("Yuventus"), Tayson ("Şaxtyor")

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.

Oxşar xəbərlər

Ən yaxşı legioner adına namizədlər - SİYAHI
Ulduzlar toplusu Qətərə yollanır - SİYAHI
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
2018-ci ilin rəmzi komandasına 50 namizəd açıqlandı - SİYAHI
DÇ-2018: Braziliya və Kosta-Rika yığmalarının start heyətləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər