"Qəbələ" - "Qarabağ" oyununun yeri və vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.
Sportfm.az xəbər verir ki, bu barədə report-a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.
F.Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) oyunun Bakıda keçirilməsinə dair müraciətini müsbət cavablandırdıqlarını diqqətə çatdırıb:
"Biz baş məşqçi və klub prezidenti ilə danışdıq, məsləhətləşdik. PFL də bizə müraciət etdi. Nəticədə razılığa gəldik. Həmin matç mayın 21-də Bakıda keçiriləcək. "Qarabağ" və "Qəbələ" klublarının mükafatlarını eyni vaxtda alması üçün bu addım atılıb".
"Qarabağ" qızıl, "Qəbələ" isə gümüş medalı təmin etsə də, "bürüncü"n sahibi son turda bəlli olacaq. Üçüncü yerin sahibinin mükafatlandırmada işirakı üçün "Qəbələ" - "Qarabağ" görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib.
Qeyd edək ki, bürünc medallara "Neftçi", "Zirə" və "Sumqayıt" iddialıdır. "Ağ-qaralar" son turda "Kəpəz"in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Qəbələ" matçının vaxtı dəyişdirildi - Misli Premyer Liqası
Çempionluq Kuboku "Dalğa Arena"da veriləcək - Azərbaycan Premyer Liqası
U-15 Liqası: Çempion kim olacaq?
"Qəbələ"dən xahiş edə bilərlər... Bakıda oynaması üçün
"Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdiril
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası