reklam
U-17 Liqası:
Sportfm.az xəbər saytı

U-17 Liqası:"Gümüş" kimin olacaq?


Mayın 14-də «Bakcell U-17 Liqası»nda 32-ci turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, bütün diqqətlər Ağsu şəhər stadionunda keçiriləcək oyuna yönələcək. «Ağsu»nun qonağı olacaq «Səbail» qalib gələrsə, çempionatın başa çatmasına 1 tur qalmış «gümüş»ü rəsmiləşdirəcək. Bu tur bürünc medalların da taleyinə aydınlıq gələ bilər. «Neftçi»nin «Xəzər Lənkəran»dan 3 xal götürmə ehtimalı yüksəkdir. Əgər «Keşlə» «Zirə» ilə oyunda məğlub olarsa, o halda «bürünc»dən əlini üzəcək. 

31-ci tur

14 may (bazar ertəsi)

12:00 «Zirə» - «Keşlə»

(Aviasiya Akademiyasının stadionu)

13:00 «Neftçi» - «Xəzər Lənkəran»

(Binə qəsəbə stadionu)

14:00 «Sumqayıt» - «Mil Muğan»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Qəbələ» - «Kəpəz»

(Qəbələ şəhər stadionu)

14:00 «Ağsu» - «Səbail»

(Ağsu şəhər stadionu)

15:30 «Qarabağ» - «Neftçi» İK İB

(Binə qəsəbə stadionu) 

Cəza səbəbindən turu buraxacaq futbolçular: İlkin Əbiyev, Nihad Qurbanlı (hər ikisi «Neftçi»), Rauf Rüstəmov («Keşlə»), Əlman Dursunəliyev («Ağsu»), Yaqub Hüseynov («Neftçi» İK İB). 

Bombardirər: Xəyal Bədirov («Səbail») - 26 qol, Nicat Musayev («Neftçi»), İbrahim Novruzov («Sumqayıt»), Xəlil Bəşirov («Səbail») – 25 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
U-17 Liqası: "Qəbələ" çempion ola biləcəkmi?
U-17 Liqası: Mərkəzi oyun "Bayıl Arena"da
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər