"Akhisarspor" tarixində ilk dəfə Türkiyə Kubokunu qazandı
Futbol üzrə Türkiyə kubokunda final matçı keçirilib.
Sportfm.az xəbər verir ki, Diyarbəkirdəki "Atatürk" stadionunda baş tutan qarşılaşmada "Fənərbaxça" və "Akhisarspor" üz-üzə gəlib. Oyunda hesabı Okan Burukun rəhbərlik etdiyi "Akhisarspor" açıb. 32-ci dəqiqədə Migel Lopez fərqlənib. İlk hissə bu hesabla başa çatıb. 56-cı dəqiqədə Fernandao hesabı bərabərləşdirib. Bu qoldan 14 dəqiqə sonra Akhisar təmsilçisi Sissoko ilə yenidən önə keçib. 82-ci dəqiqədə isə hesab 3-1 olub. Barboza Volkan Dəmirəli cəzalandırıb. 5 dəqiqə sonra isə De Souza fərqi minimuma endirib. İstanbul təmsilçisinin bundan artığına gücü çatmayıb. Və "Akisarspor" tarixində ilk dəfə Türkiyə kubokunu qazanıb.
Oxşar xəbərlər
"Beşiktaş"dan növbəti zəfər - Türkiyə Kubokunu qazandılar
"Bavariya"dan səfərdə inamlı qələbə - Çempionlar Liqası
"Qalatasaray" Türkiyə Kubokunu qazandı - FOTO
Mitroğlu son saniyələrdə "Qalatasaray"a qələbə qazandırdı
Okan Burukun yeni iş yeri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası