Federasiya prezidenti: “Qəbələ” Qriqorçuka yeni müqavilə təklif edib”
Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun növbəti mövsüm də Azərbaycanda çalışa biləcəyi haqda danışıb.
Sportfm.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Federasiya başçısı ukraynalı mütəxəssisin “Qəbələ”dən yeni təklif aldığını söyləyib:
“Roman Qriqorçukla özüm əlaqə saxladım. İndi onunla danışıqlar yalnız masa arxasında davam edə bilər. Ona “Qəbələ” klubu yeni müqavilə təklif edib. Dünən bu barədə danışdıq. Qriqorçuk bildirdi ki, hər şeyə mayın sonunda aydınlıq gələcək. Biz də uzun müddət gözləyə bilmərik. Latviya millisinə uyğun bir mütəxəssis tapmalıyıq. Bu, qısa müddətdə baş verməlidir”.
“İstəyirik ki, Azərbaycanla oyuna qədər baş məşqçi tapaq. Yoxsa həmin matça baş məşqçisiz çıxacağıq”.(sport24.az)
Oxşar xəbərlər
Roman Qriqorçuk Belarusa yollandı
"Astana"dan sabiq "Neftçi"liyə təklif gəldi
Roman Qriqorçuk rəsmən Qazaxıstan klubunda - FOTO
Qriqorçuk Qazaxıstan çempionatında!
Roman Qriqorçuk istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası