reklam
İnyestanın Çin klubu ilə müqaviləsinin detalları müəyyənləşdi
Sportfm.az xəbər saytı

İnyestanın Çin klubu ilə müqaviləsinin detalları müəyyənləşdi


İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyestanın cari mövsüm başa çatdıqdan sonra Çin təmsilçisi "Çuntsin Lifan"a transferinin maliyyə tərəfi bəlli olub.

Sportfm.az xəbər verir ki, asiyalılar 34 yaşlı yarımmüdafiəçiyə 81 milyon avro müqabilində 3 illik müqavilə təklif edib. Bildirilir ki, klub İnyestaya məxsus zavoddan 6 milyon şüşə şərab almağı da öhdəsinə götürüb. Bu satışdan əldə olunacaq gəlir isə 36 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Andres İnyesta "Barselona"nın yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 dəfə İspaniya çempionluğu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.

Hazırda ən bahalı müqavilə "Barselona"nın kapitanı Lionel Messiyə məxsusdur. O, illik 35 milyon avro qazanır.

Oxşar xəbərlər

Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
İnyesta Yaponiya klubu ilə razılaşdı
"Barselona" Arda Turana fantastik qiymət qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər