Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan klublarının uğur qazandığı turnir ləğv edildi
Ənənəvi "Birlik kuboku” turniri tarixin yaddaşına köçüb. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının prezidenti və idman naziri Vitali Mutko açıqlayıb. O bildirib ki, 1993-cü ildən Rusiyada keçirilən turnir rəsmən ləğv edilib. Bu addımın atılmasına səbəb yarışın maraq kəsb etməməsi, əvvəlki qədər aktual olmamasıdı. 1993-2011-ci illərdə MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən, 2012-15-ci illərdə gənclərdən ibarət yığmaların mübarizə apardığı turnirdə Azərbaycan klubları da uğurla çıxış edib. Çempionların mübarizə apardığı illərdə "Neftçi” (2006), "Xəzər Lənkəran” (2008) və "İnter” (2011) "Birlik kuboku”nun qalibi olub. Yığmaların mübarizəyə başladığı 2012-ci ildən sonra isə ölkəmiz turnirdə təmsil olunmayıb.
Mutko yeniyetmələrdən ibarət Azərbaycan yığmasının da qatıldığı Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin davam etdiriləcəyini bildirib.
Oxşar xəbərlər
Şəhidin xatirəsinə həsr edilən turnir keçiriləcək
Vitali Mutko istefa verəcək
Albaniya millisinin üzvü "Qəbələ"də
İdmançılarımız MMA üzrə beynəlxalq turnirdə iştirak edəcəklər
Kapitan "Neftçi"ni tərk etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Mingəçevir"ə qarşı - I Liqa
-
Babək Quliyev UEFA-nın seminarına dəvət aldı
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları















Misli Premyer Liqası