reklam
Onlar artıq Bakıdadır
Sportfm.az xəbər saytı

Onlar artıq Bakıdadır


2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb.

Sportfm.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.

O qeyd edib ki, komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir.

N.Arpadarai əlavə edib ki, bütün işlər qrafikə uyğun həyata keçirilir.

Oxşar xəbərlər

Novbəti Formula 1 Azərbaycan Qran Prisi nə vaxt olacaq?
Bakı Bulvarı yenə bağlanacaq - Formula 1-ə görə
Azərbaycan Qran Prisinə ən çox bilet alan ölkələr açıqlandı
Azərbaycan Qran Prisində nə qədər bilet satılıb?
Azərbaycan Qran-Prisində konsert olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər