"Yəqin ki, komandaya yeni legionerlər cəlb olunacaq” -Azərbaycan çempionunun vitse-prezidenti
“Bu çempionluğu gözləyirdik. Çünki biz “Azərreyl” olaraq, hər zaman iddialıyıq"
Sportfm.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət “Azərreyl” Voleybol Klubunun vitse-prezidenti Vəsilə Abulova deyib:"Flaqman olduğumuzdan ölkənin ən yaxşı yerli oyunçuları, o cümlədən legionerlər bizdə çıxış edir. Son vaxtlar bəzi problemlərlə üzləşdik. Prezidentimiz dəyişdi. Sağ olsun, federasiya prezidenti Cavid Qurbanov. O, bütün komandalara dəstək olur. Bizə də həmçinin. Gələcəkdə bizi daha yaxşı nəticələr gözləyir. Növbəti mövsümdə də yığma üzvlərini saxlayacağıq. Yəqin ki, komandaya yeni legionerlər cəlb olunacaq”.
Qeyd edək ki, 110 gün davam edən ölkə çempionatında cəmi bir məğlubiyyət alan "Azərreyl" qızıl medalları qazanıb.
Oxşar xəbərlər
“Azərreyl” “Slaviya” ilə qarşılaşacaq - Çağırış Kuboku
"Azərreyl"də yeni müqavilə imzalandı
“Azərreyl” “Express” ilə qarşılaşacaq
"Milli komandalara 35-ə yaxın oyunçu cəlb ediləcək"
Azərbaycan çempionatının təqvimi məlum oldu - İlk dövrə fevralın 2-də yekunlaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası