"Barselona" yenə Viqoda "ilişdi"
İspaniya Primerasında XXXIII tura start verilib.
Sportfm.az xəbər verir ki, turun qarşılaşmaları üç gün ərzində keçiriləcək.
İlk oyun günü çempionatın lideri "Barselona"nın səfər sınağı ilə əlamətdar olub. Kataloniyalılar 1-ci dövrədə olduğu kimi yenə "Selta" ilə məhsuldar heç-heçəylə kifayətlənib - 2:2.
Liderlər qrupunda qərarlaşan "Real"la "Valensiya" ertəsi gün meydana çıxacaq. Hər iki komanda ev oyununda xal hesabını artırmağa çalışacaq.
"Barselona"nın ən yaxın izləyicisi "Atletiko" turun son günündə səfər sınağına çıxacaq. Madrid klubu "Real Sosyedad"ın qonağı olacaq.
İspaniya Primerası
XXXIII tur
17 aprel
"Deportivo" - "Sevilya" - 0:0
"Selta" - "Barselona" - 2:2
Qollar: Conni, 45, Aspas, 82 - Dembele, 36, Alkaser, 64
"Vilyarreal" - "Leqanes" - 2:1
Qollar: Ruiz, 42, Bakka, 55 - Brasanaç
18 aprel
21:30. "Espanyol" - "Eybar"
21:30. "Valensiya" - "Xetafe"
23:30. "Real" - "Atletik"
19 aprel
21:30. "Alaves" - "Jirona"
21:30. "Real Sosyedad" - "Atletiko"
23:30. "Levante" - "Malaqa"
23:30. "Betis" - "Las Palmas"
Oxşar xəbərlər
"Barselona" - ÇEMPİON!
"Las Palmas"ın 3 qol vuran madridli qonağı
"Barselona" xal itkisi ilə üzləşdi, "Sevilya" qalib gəldi
“Real” öz meydanında məğlub oldu
"Valensiya"dan darmadağın, "Barselona"dan qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası