reklam
EKOL-un üzvü:
Sportfm.az xəbər saytı

EKOL-un üzvü:Hadisələr ona doğru getdiyini göstərirdi


Futzal üzrə Yüksək Liqanın 23-cü turunda “FK.İD.Futsal” üzərində 5:3 hesablı qələbə qazanan EKOL-un oyunçusu Fərid Atakişiyev Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsinə müsahibə verib.

Sportfm.az həmin müsahibəni sizlərə təqdim edir:
- Fasiləyə qədər 4 qol vuran EKOL ikinci hissədə niyə ayıla bilmirdi?
- Buna hazır idik. Çünki bu komanda ilə son iki oyunumuz fərqli ab-havada keçib. 2:0 hesabı ilə öndə olduğumuz matçı 2:2, 5:1 irəlidə olduğumuz görüşü 5:5 hesabı ilə yekunlaşdırmışdıq. Bu cür gedişat ancaq “FK.İD.Futsal”la oyunda baş verir. Bilmirəm səhvlər edirik, yoxsa arxayınlıq yaranır... Əsas odu ki, seriyanın təkrarlanmasına imkan vermədik.
- Maraqlıdı ki, bu seriya son iki görüşdə belə alındı. Nəticə çıxarmağa nə mane olur?
- Yenə deyirəm, bu cür ssenari ancaq “FK.İD.Futsal”la oyunlarda yaşanır. Deyirik ki, son saniyələrə qədər mübarizə aparacağıq, dayanmayacağıq, ancaq niyəsə hər şey son saniyələrdə başımızda “çatlayır”. Bu dəfə də təkrarlansaydı, bilmirəm necə olacaqdı.
- Hesab 4:3 olan zaman, xüsusilə də, “Olimpik Star”dakı hadisələrin (5:5) təkrarlanacağını bir anlıq olsa belə, düşündüz?
- 4:0-dan sonra ardıcıl 3 top vurmaları hadisələrin ona doğru getdiyini göstərirdi. Üstəlik, bizdə də psixoloji baxımdan müəyyən gərginlik yarandı. Yaxşı ki, sona yaxın həlledici qolu vura bildik.
- Həmin qolu da siz vurduz...
- Buna görə sevinirəm. Vacib olan komandama kömək etmək idi.
- Növbəti görüşdə “Neftçi” ilə qarşılaşacaqsız. Bu dueldə hansısa sürpriz yaşana bilərmi?
- Bu da bizim “el-klasiko”du. Onlarla bu mövsüm 3 oyun keçirmişik və hamısında qalib gəlmişik. Təbii ki, rəqib revanş almağa çalışacaq. Elə etməliyik ki, xal itirməyək.
- EKOL-un məqsədi bürünc medal qazanmaqdı, yoxsa gümüş medala iddianız davam edir?
- Şansımız var. Ancaq medalın əyarı haqda düşünmürük. Meydana çıxdığımız oyunlarda qalib gəlmək istəyirik. Hər matçda qələbə qazansaq, istəyimizi reallaşdıracağıq.
- Bu yolda əsas rəqibiniz olan “Marafon Futsal”ı üstələyə bilməmisiz. Bu uğursuz seriya son dueldə də davam edəcək?
- İmkan verməməliyik ki, çempionatı onlara qarşı uğursuz duellə yekunlaşdıraq.

Oxşar xəbərlər

Təxirə salınmış görüşlərin vaxtı açıqlandı
EKOL uduzdu, "Marafon" yarımfinalda
Həmid və Vladislav meydana çıxa bilməyəcək
Ağatahir Əzimov: Biz qələbə qazanmalı idik
Millimizin üzvü: İstəyimizə nail olmadıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər