"Sumqayıt"ı Qəbələyə getməyə peşman etdilər
AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib.
Sportfm.az xəbər verir ki, Gənclər Liqasında “Sumqayıt”ı qəbul edən “Qəbələ” böyükhesablı qələbə qazanıb – 4:1. Bu komanda 20 matçda 52 xal toplayıb və 1-ci pillədə qərarlaşıb. U-17 evdə “Neftçi”yə məğlub olub – 0:1. 27 görüşdə 67 xal yığan “Qəbələ” yarışın lideridi.
Hesabat turunda istirahət edən U-16 23 oyunda topladığı 55 xalla turnir cədvəlinə başçılıq edir.
Səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə məğlub olan U-15 23 görüşdə 58 xal toplayıb. “Qırmızı-qaralar” çempionatın vahid lideridi.
U-14 “Qarabağ” üzərində qələbə qazanıb – 2:1. 21 qarşılaşmadan sonra 54 xala malik komanda Paytaxt zonasının lideridi.
U-13 “Səbail”ə 1:2 hesabı ilə uduzub. 20 oyunda 47 xal toplayan “Qəbələ” Paytaxt zonasında 3-cüdü.
Qızlar arasında Yüksək Liqada keçirilən “Qəbələ” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib – 1:1. 13 matçda 32 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qəbələ"dən 5 cavabsız qol
"Qəbələ"dən böyük uğur...
Orda ikinci olsa da, burda birincidir
"İsgəndər Cavadov"u Qəbələdə "möhkəm vurdular"
"Kəpəz" Gəncədə darmadağın oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası