reklam
Orda ikinci olsa da, burda birincidir
Sportfm.az xəbər saytı

Orda ikinci olsa da, burda birincidir


AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. 

Sportfm.az xəbər verir ki, Gənclər Liqasında “Səbail”in qonağı olan “Qəbələ” qolsuz sülhə imza atıb - 0:0.  

19 matçda 49 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridir. 

U-17 evdə “Səbail”dən güclü olub – 2:1. 25 görüşdə 64 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 

U-16 rəqib meydanında “Zirə” üzərində minimal hesablı qələbə əldə edib – 1:0. Komanda 23 matçdan sonra 55 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.  

“Keşlə” ilə qarşılaşan U-15 üç cavabsız qol vurub. 21 görüşdə 55 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridir. 

Paytaxt regionunda çıxış edən U-14 “Vətən RİOEUGFM”lə heç-heçə edib (0:0) və “Keşlə”yə qalib gəlib – 1:0. 20 oyunda 51 xal toplayan “Qəbələ” bütün rəqiblərini qabaqlayır. U-13 “Sumqayıt” və “Zirə”ni eyni – 2:0 hesabı ilə məğlub edib. 19 görüşdə 47 xal yığan komanda 2-ci pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər

"Qəbələ"dən 5 cavabsız qol
"Qəbələ"dən böyük uğur...
"Sumqayıt"ı Qəbələyə getməyə peşman etdilər
"İsgəndər Cavadov"u Qəbələdə "möhkəm vurdular"
"Kəpəz" Gəncədə darmadağın oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər