reklam
Dünya çempionatına azarkeşlə bərabər polis də göndərəcəklər
Sportfm.az xəbər saytı

Dünya çempionatına azarkeşlə bərabər polis də göndərəcəklər


2018-ci il dünya çempionatı öncəsi bir sıra Avropa ölkələrinin narahatlığı davam edir.

Sportfm.az xəbər verir ki, Belçika azarkeşləri müşaiyət etmək üçün 5 polis əməkdaşının xidmətindən yararlanacaq.

Belçikanın Rusiyadakı səfiri Jan-Artur Rejibo 2 polisin Moskvada olacağını, 3-nün isə millinin oyunlarını keçirdiyi digər şəhərlərə yollanacağını qeyd edib. Qərbi avropalılar qrup mərhələsində İngiltərə, Tunis və Panama ilə qarşılaşacaq.

Təhlükəsizlik işçiləri əsas diqqəti İngiltərə ilə Kalininqradda baş tutacaq oyuna yönəldəcək. Tunislə matç Moskva, Panama ilə qarşılaşma isə Krasnodarda keçiriləcək. 

Oxşar xəbərlər

Günün matçlarını yayımlayacaq kanallar - SİYAHI
DÇ-2018: Panama qapısında 6 qol gördü
DÇ-2018: Belçika "Panama kanalını 3 topla bağladı"
Dünya Çempionatının təqvimi
Ceyms dünya çempionatında çıxış etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər