Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşir
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, "Real” doğma azarkeşlər önündə "Yuventus”la üz-üzə gələcək. Madrid təmsilçisi İtaliyadakı matçda 3:0 hesabı ilə qələbə qazanıb. Turin klubu bu görüşdə möcüzəni reallaşdırmağa çalışacaq.
Günün digər oyununda "Bavariya” "Sevilya”nı qəbul edəcək. İlk görüşdə səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya təmsilçisi cavab qarşılaşmasına itkilərlə çıxacaq. Manuel Noyer, David Alaba, Arturo Vidal və Kinqsli Koman zədə səbəbindən bu matçda iştirak etməyəcək.
Çempionlar Liqası. 1/4 final, cavab oyunları
11 aprel
22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 0:3
22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya)
Baş hakim: Villi Kollam (Şotlandiya)
İlk oyun – 2:1
Oxşar xəbərlər
Cavab matçlarında hansı nəticələr qeydə alınacaq? - Çempionlar Liqası
“Fənərbaxça”nın “Sevilya” sınağı - Avropa Liqası
1/8 finala yekun vurulacaq - Çempionlar Liqası
Almanlar belə "Real"ı durdura bilmədi
"Bavariya və "Real" evdə qələbə qazanmadan yarımfinala adladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası