"Barselona" "Real Sosyedad"ı təkrarladı
"Barselona" İspaniya çempionatının 31-ci turunda "Leqanes" üzərində 3:1 hesablı qələbədən sonra Primeroda məğlubiyyətsiz oyunlar seriyasını 38 matça çatdırıb.
Sportfm.az xəbər verir ki, belə olan halda, Kataloniya klubu milli çempionatın 1978/79-cu illər mövsümünün 29-cu turundan 1979/80-ci illər mövsümünün 32-ci turuna qədər 38 qarşılaşmanı məğlubiyyətsiz keçirən "Real Sosyedad"ın rekordunu təkrarlayıb.
"Barselona"nın seriyası 31 qələbə və 7 heç-heçədən ibarətdir, eyni zamanda "Real Sosyedad" 22 qələbə və 16 heç-heçə ilə tarixə düşmüşdü.
Cari mövsümdə Ernesto Valverdenin yetirmələri daha 7 oyun keçirəcəklər. Növbəti turda Kataloniya komandası öz meydanında "Valensiya"nı qəbul edəcək.
Oxşar xəbərlər
"Barselona" - "Real Sosyedad" 1:2 - VİDEO
Yenə onlar, yenə rekord
"Barselona" 12 illik tilsimi qırmağı bacardı
"Valensiya"dan darmadağın, "Barselona"dan qələbə
“Barselona” yarımfinalda - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası